Neftdə kəskin ucuzlaşma ssenarisi: Goldman-ın proqnozu yayıldı

Goldman Sachs neft qiymətləri ilə bağlı yenilənmiş ssenari təxminlərini paylaşıb.
Təşkilat analitikləri qlobal artımın yavaşlaması və OPEC+ hasilatındakı kəsintilərin tam dayandırılması kimi “ekstremal” ssenaridə Brent markalı neftin barel qiymətinin 40 dollardan aşağı düşə biləcəyini proqnozlaşdırırdılar.
Qurumun əsas ssenarisində Brent neftinin gələn il üçün proqnozu 55 dollardır.
Bloomberg yazır ki, Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozunu paylaşıb. Qurumun analitiklərinin fikrincə, ticarət müharibələrinin təsiri ilə Brent nefti bəzi “ekstremal” ssenarilərdə 2026-cı ilin sonuna kimi kəskin ucuzlaşa bilər.
Yuliya Qriqsbinin başçılıq etdiyi analitiklər, "Qlobal artımın yavaşladığı və qeyri-OPEC-ə daxil olan ölkələr tədarükü artıracaq, hasilat kəsintilərinin amamilə sona çatdığı daha ekstremal və daha az ehtimal olunan ssenaridə Brent markalı neft 2026-cı ilin sonuna kimi 40 dollardan aşağı düşə bilər", deyib.
ABŞ-ın tipik resessiyaya girdiyi və OPEK-in hazırkı hasilat siyasətini davam etdirdiyi əsas fərziyyə əsasında analitiklər Brent neftinin bu ilin dekabrında 58 dollar, gələn ilin dekabrında isə 50 dollar olacağını gözləyirlər.
Qlobal neft bazarları Trampın getdikcə artan ticarət müharibələri və müxtəlif ölkələrdən, o cümlədən Çindən intiqam alması ilə sarsılıb. “Brent” markalı neftin bir barelinin qiyməti dünən 63,20 dollara qədər dörd illik minimuma çatdıqdan sonra bu gün 63,90 dollara satılır.