Bank

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenidən artırıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda uçot dərəcəsi 3,5 faiz bəndi artırılaraq 42,5 %-dən 46 %-ə qaldırılıb.

Xatırladaq ki, TMB martda uçot dərəcəsini 45 %-dən 42,5 %-ə endirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)