Bank

“TuranBank”da Baş direktor təyinatı olub

“TuranBank” ASC-də Korporativ Bankçılıq üzrə baş direktor təyin edilib.

Məlumata görə Korporativ Bankçılıq üzrə Baş Direktor vəzifəsinə Eldar Fərəcov təyin olunub.

Eldar Fərəcov ümumilikdə bank sektorunda 16 illik təcrübəyə malikdir. 2017-ci ildən “TuranBank”da İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri, 2018-ci ildən sözügedən təyinata qədər Müştəri xidmətləri departamentinin direktoru vəzifəsini icra edib.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  “TuranBank”ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)