BİZNES

Azərbaycanın ticarət əməliyyatlarında MDB ölkələrinin payı kəskin artdı - RƏQƏM

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 46,8 faiz artaraq 1,95 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan MDB ölkələrinə ixrac: 353,4 milyon dollar (+8,3 faiz)

MDB ölkələrindən Azərbaycana idxal: 1,6 milyard dollar (+59,3 faiz)

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 16,22 faiz təşkil edib ki, bu da bir il öncəki eyni dövrün göstəricisindən 2,49 faiz bəndi çoxdur. Xüsusən də Azərbaycanın idxalında MDB ölkələrinin payı 28,29 faiz təşkil edir. Bunun 21.15%-i Rusiyadan alınan məhsul və xidmətlərdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)