Qızılın qiymətində YENİ REKORD

2025-ci ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3 350 dollardan yuxarı qalxıb.
ENA.az xəbər verir ki, bunu “Comex” birjasının məlumatları sübut edir.
Eyni zamanda, Londonun ICE birjasında 2025-ci ilin iyun ayında tədarük edilən “Brent” markalı neftin fyuçerslərinin qiyməti 1,63% artaraq bir barel üçün 65,91 dollar olub. Bu ilin iyun ayında WTI markalı xam neftin fyuçerslərinin qiyməti 2,37% artaraq 62,56 dollar/barelə bərabər olub.