"AZİR indeksi 1 ildən çoxdur ki, uçot dərəcəsinə yaxın idarə edilir"

Azərbaycan manatının məzənnəsi sabitdir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"AZİR indeksi 1 ildən çoxdur ki, uçot dərəcəsinə yaxın idarə edilir. İlin əvvəlindən likvidliklə bağlı baş verən dalğalanmalara baxmayaraq, indeksin uçot dərəcəsi ətrafında idarə olunması bizə imkan verir ki, əməliyyat çərçivəmizi effektiv idarə edək", - deyə o qeyd edib.