"Manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempində yavaşlama proqnozlaşdırılır"

Dolların digər valyutalar qarşısında məzənnəsinin son dövrlərdə azalması fonunda manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin aşağı düşəcəyini proqnozlaşdırırıq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov mətbuat konfransında deyib.
O bildirib ki, ümumilikdə manatın nominal effektiv məzənnəsinin 2,2 faiz bəndi möhkəmlənməsi gözlənilir: "Lakin artım dinamikasının davamlı olaraq yavaşlamasını düşünmürük".