Prezident ADA-da çıxış edir - Canlı

Bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilir.
ENA.az xəbər verir ki, forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edir.
Forum telekanallar və Azərbaycan Prezidentinin feysbuk, “X” və yutub hesabları vasitəsilə canlı yayımlanır.
Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edir.