Rəsmi

Prezident: Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb

Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən aşağıdır. Bu onu göstərir ki, bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”, – dövlət başçısı əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)