Prezident onu rektor təyin etdi - SƏRƏNCAM

Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, Şahin Bayramov ötən il mayın 20-də Prezidentin müvafiq Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilmiş və dövlət başçısının digər Sərəncamı ilə Qarabağ Universitetinə rektor təyin edilmişdi.